Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır
  20 Noyabr 2021    Oxunub:839
Prokurorluq Goranboy rayon sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Rayon prokurorluğundan AzVision.az -a daxil olan məlumatda deyilir:

"Noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır".

AzVision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti