İraqın şimalında 7 ayda 831 terrorçu zərərsizləşdirilib

İraqın şimalında 7 ayda 831 terrorçu zərərsizləşdirilib
  20 Noyabr 2021    Oxunub:611
İraqın şimalında “Pəncə-şimşək” və “Pəncə ildırım” əməliyyatları çərçivəsində 7 ay ərzində 831 terrorçunu zərəsizləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatlar nəticəsində terrorçuların 1407 mağara və sığınacağı, eləcə də 1812 əl qumbarası məhv edilib, 1281 ədəd müxtəlif növdə və çapda silah, 316 min 46 sursatı ələ keçirilib.

“Metina və Avaşin-Basyan bölgələrində davam edən əməliyyatlarla əsgərlərimiz çətin relyef şəraitinə baxmayaraq, terrorçuların istifadə etdiyi mağaralara bir-bir daxil olur və ərazini terrorçulardan təmizləyir”, - açıqlamada qeyd olunub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İraq   Türkiyə   Terror  





Xəbər lenti