Latviyada NATO və Baltikyanı ölkələrin hərbi təlimləri keçiriləcək

Latviyada NATO və Baltikyanı ölkələrin hərbi təlimləri keçiriləcək
  20 Noyabr 2021    Oxunub:919
Noyabrın 22-dən dekabrın 4-dək Riqa yaxınlığındakı Adaji poliqonunda Latviya, Litva silahlı qüvvələrinin və NATO-nun iştirakı ilə hərbi təlimlər keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Qış Qalxanı 2021" adlanan təlimlərdə quru qoşunlarının mexanikləşdirilmiş piyada briqadasının əsgərləri, Daxili Qvardiya, Litva Silahlı Qüvvələri, NATO-nun Latviyadakı genişləndirilmiş döyüş qrupu və ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanlığı altında olan əsgərlər iştirak edəcək.

“Latviyadakı çoxmillətli döyüş qrupuna Kanada rəhbərlik edir, onun tərkibinə Albaniya, Çexiya, İtaliya, İslandiya, Kanada, Monteneqro, Polşa, Slovakiya, Sloveniya və İspaniyadan olan 1500-dən çox hərbi qulluqçu daxildir. Onlar öz xidməti vəzifələrini rotasiya qaydasında yerinə yetirirlər", - məlumatda deyilir.

Xatırladaq ki, NATO-nun 2016-cı ildə Varşavada keçirilən sammitində Alyans bu ölkələrin xahişi ilə Latviya, Litva, Estoniya və Polşada çoxmillətli batalyonların rotasiya əsasında yerləşdirilməsinə qərar verib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO   Təlim  





Xəbər lenti