Putindən inək istəyən uşağın arzusu yerinə yetdi

Putindən inək istəyən uşağın arzusu yerinə yetdi
  20 Noyabr 2021    Oxunub:753
Rusiya prezidenti Vladimir Putinlə birbaşa bağlantı zamanı ailəsi üçün inək almağı xahiş edən 13 yaşlı yakutiyalı uşağın arzusu yerinə yetirilib.
AzVision.az xəbər verir ki, bu barədə Saxa Respublikasının (Yakutiya) Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

“Hələ yayda, Rusiya prezidenti Vladimir Putinlə birbaşa bağlatı zamanı 13 yaşlı Alyoşa ailəsinə kömək üçün belə bir xahiş etdi. Zəng birbaşa efirə düşməsə də, qeydə alındı. Oğlanın müraciəti respublikanın Kənd Təsərrüfatı Nazirliyinə yönləndirilib. Uşaq respublikanın hər yerində axtarışa verilsə də, onu tapmaq mümkün olmamışdı. Çünki dəqiq ünvanı tapmaq xeyli vaxt aldı. Oğlanın ailəsi ilə əlaqə saxlanıldı, məlum oldu ki, Alyoşa xalası ilə yaşayır. Ailənin şəraitinin yaxşılaşdırılmasına ciddi ehtiyacı var, bir neçə il əvvəl evləri yanıb. Onlar müvəqqəti olaraq öz qarajlarına köçüblər, dörd ildən artıq ağır şəraitdə yaşamağa məcbur olublar", - nazirlik əlavə edib.

Qeyd olunub ki, ailəyə inək alınması məsələsi həllini tapıb: "Biz ailənin həyat şəraitinin yaxşılaşdırılması məsələsini də həll etməyə çalışacağıq. Çox təqdirəlayiqdir ki, Alyoşa belə gənc yaşda ailəsinin rifahı üçün təşəbbüs göstərib".

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Rusiya  





Xəbər lenti