Yaponiya sahillərində 5 bal gücündə zəlzələ olub

Yaponiya sahillərində 5 bal gücündə zəlzələ olub
  20 Noyabr 2021    Oxunub:935
Sakit okeanının Yaponiya sahillərində 5 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkanların episentri Honsyu adasında yerləşən Tateyama şəhərindən (əhali təxminən 50 min nəfər) 812 km cənub-şərqdə yerləşib.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşir. Dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

AzVision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti