ABŞ İŞİD-ə qarşı mübarizədə İraqa dəstəyini davam etdirəcək

ABŞ İŞİD-ə qarşı mübarizədə İraqa dəstəyini davam etdirəcək
  20 Noyabr 2021    Oxunub:893
Amerika Birləşmiş Ştatları İŞİD-lə mübarizə ilə bağlı İraq hakimiyyətinə dəstəyini davam etdirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Bəhreynin paytaxtında Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi “Manama Dialoqu” konfransında çıxış edən Pentaqonun rəhbəri Lloyd Ostin bildirib. Onun sözlərinə görə, rəsmi Vaşinqton İŞİD-in yenidən fəaliyyətini genişləndirəcəyindən narahatdır:

“Biz əlimizdən gələni etməyə davam edəcəyik ki, İraq hakimiyyəti kimi biz də İŞİD-in bir daha yenidən doğulmayacağına əmin olaq. Bizim səylərimiz əsasən İraq təhlükəsizlik qüvvələrinin döyüş qabiliyyətinin və hazırlığının artırılmasına yönəlib”.

Bundan əlavə, Pentaqonun rəhbəri qeyd edib ki, ABŞ Silahlı Qüvvələri Bağdadın dəvəti ilə Ərəb Respublikasının ərazisindədir və İraq hakimiyyətinə yardım göstərmək üçün lazım olan müddətdə orada olacaq.


AzVision.az


Teqlər: İraq   ABŞ  





Xəbər lenti