Əfqanıstanda narkotik istehsalı azalmayıb

Əfqanıstanda narkotik istehsalı azalmayıb
  20 Noyabr 2021    Oxunub:762
Siyasi rejim dəyişdikdən sonra Əfqanıstanda narkotik vasitələrin istehsalı azalmayıb, bu təhlükələrə qarşı mübarizəyə vaxtında reaksiya tələb edir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin Narkomaniyaya Nəzarət üzrə Amerikalararası Komissiyanın 70-ci sessiyasındakı yaydığı bəyanatında deyilir.

“Biz bəyan etməyə məcburuq ki, Əfqanıstanda son illər davamlı olaraq artan narkotik vasitələrin istehsalı siyasi rejim dəyişikliyindən sonra da azalmayıb. Üstəlik, ölkədə sosial-iqtisadi və humanitar vəziyyətin kəskin pisləşdiyini nəzərə alsaq, Əfqanıstanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı risklər getdikcə artır” - Rusiyanın Vaşinqtondakı səfirliyinin “Facebook”da dərc etdiyi sənəddə deyilir.

Rusiyanın nümayəndə heyəti həmçinin qeyd edib ki, “COVID-19”la bağlı böhran narkotik vasitələrin istehsalı, dövriyyəsi və istehlakının daha da artması üçün katalizatora çevrilib.

AzVision.az


Teqlər: Əfqanıstan   Narkotik  





Xəbər lenti