Erməni əsgər özünü güllələyib

 Erməni əsgər özünü güllələyib
  20 Noyabr 2021    Oxunub:1405
Ermənistanın Qeqarkunik rayonunda yerləşən hərbi hissələrdən birində əsgər ölümü qeydə alınıb.

AzVision.az -ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölən əsgər 1992-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu sıravi Gevork Xaçaturoviç Avetyandır.
İlkin məlumata görə, o, silahla davranış qaydalarını pozması nəticəsində açılan atəş nəticəsində ölüb.

Hadisə noyabrın 15-də baş versə də, əsgər bu gün hərbi hospitalda dünyasını dəyişib.

AzVision.az


Teqlər: Erməni-əsgər   Güllələnmmə  





Xəbər lenti