Bolqarıstanda seçkilərdə Rumen Radev qalib oldu

 Bolqarıstanda seçkilərdə Rumen Radev qalib oldu
  22 Noyabr 2021    Oxunub:1536
Müstəqil "Trend" sosioloji agentliyinin keçirdiyi "exit-poll"un nəticələrinə görə, hazırkı dövlət başçısı Rumen Radev 64,5% səs toplayıb və Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Araşdırma məlumatları Bolqarıstanın Nova telekanalında canlı yayımlanıb. “Gallup International” sosioloji agentliyinin exit-pollunun nəticələrinə görə, Radevin nəticəsi 65,7% təşkil edir.

Hər iki araşdırma göstərir ki, Bolqarıstanın ən yüksək dövlət vəzifəsinə daha bir namizəd - Sofiya Universitetinin rektoru Anastas Hercikov Radevə uduzur. Trend agentliyinin məlumatına görə, o, səslərin 33,6%-ni, Gallup International-ın məlumatına görə - 31,5%-ni toplayıb.

***
10:18
Bu gün Bakı vaxtı ilə saat 09:00-da Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

AzVision.az xəbər verir ki, ölkədə təxminən 13 min, xaricdə isə 750 seçki məntəqəsi açılıb.

Bolqarıstanda 6,7 milyon vətəndaşın səsvermə hüququ var. Seçicilər ikinci turda hazırkı prezidenti Rumen Radev və Sofiya Universitetinin rektoru Anastas Hercikov arasında seçim etməlidirlər.

Noyabrın 14-ü baş tutan İlk turda R.Radev 49,41 faiz (1 322 128 nəfər), A.Hercikov isə 22,82 faiz (610 710 nəfər) səs toplayıb.

AzVision.az


Teqlər: Seçki   Bolqarıstan  





Xəbər lenti