Əfqanıstandan Ankaraya uçuşlar bərpa edilir

Əfqanıstandan  Ankaraya uçuşlar bərpa edilir
  21 Noyabr 2021    Oxunub:737
Əfqanıstanın milli aviadaşıyıcısı Ariana Afghan Airlines Kabildən Ankaraya uçuşları bərpa edib. AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Nazar Məhəmməd Motmain bildirib.
"Ariana Afghan Airlines Ankaraya uçuşlara başladı. Uğurlar", -deyə o, Twitter səhifəsində yazıb.

Ankaranın Əsənboğa Beynəlxalq Hava Limanının onlayn tablosuna əsasən, Kabil layneri yerli vaxtla saat 17.30-da Türkiyə paytaxtına enib.

Qeyd edək ki, son üç ayda Əfqanıstan paytaxtından bir sıra beynəlxalq reyslər ölkədə hərbi hakimiyyət dəyişikliyi səbəbindən dayandırılıb.

AzVision.az




Teqlər: Türkiyə   Əfqanıstan  





Xəbər lenti