Putin və Paşinyan Qarabağı müzakirə ediblər

   Putin və Paşinyan Qarabağı müzakirə ediblər
  21 Noyabr 2021    Oxunub:1105
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bu həftə ərzində baş tutan ikinci telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyəti və onun sabitləşməsi üçün tədbirləri müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə şənbə günü Kremlin mətbuat xidməti məlumat yayıb.

"Regionda vəziyyətin sabitləşməsi üçün görülən tədbirlərin müzakirəsi 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası kontekstində davam etdirilib. Nikol Paşinyan fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib. Gələcək təmaslar barədə razılıq əldə edilib”, – deyə məlumata bildirilib.

AzVision.az


Teqlər: Putin   Paşinyan  





Xəbər lenti