"Qəlbimdə o dəhşətləri hələ də yaşayıram" - Rezadan Ağdam paylaşımı
AzVision.az xəbər verir ki, Reza Deqati paylaşımında yazıb: “Çoxsaylı sakini qətlə yetirdikdən, digərlərini heç bir əşya götürmədən ayaqyalın çıxıb getməyə məcbur etdikdən sonra Ermənistan ordusu Ağdamı 1992-ci ildə işğal edib. Onlar evləri, ofisləri, mağazaları, mədəniyyət mərkəzlərini, muzeyləri, ibadət yerlərini talan edib, qapıları, pəncərələri, dam örtüklərini, su borularını iranlı işbazlara və Ermənistanda satıblar.
Qeyd edək ki, Ağdam şəhəri və rayonun işğal altındakı hissəsi 2020-ci il noyabrın 20-də üçtərəfli Bəyanata əsasən Azərbaycana qaytarılıb.
Teqlər: Ağdam