Təl-Əviv ətrafında naməlum şəxs 67 yaşlı kişini bıçaqlayıb

Təl-Əviv ətrafında naməlum şəxs 67 yaşlı kişini bıçaqlayıb
  21 Noyabr 2021    Oxunub:566
Təl-Əvivin cənubunda, İsrailin Yaffa şəhərində naməlum şəxs bıçaqla yaşlı cütlüyə hücum edib. Bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
Polisin məlumatına görə, naməlum şəxs Yaffanın Bat -Yam küçəsində cütlüyə hücum edib və 67 yaşlı kişi bıçaqlanıb. Polis 18 yaşlı sakini hücumda şübhəli bilərək saxlayıb.

Bazar günü səhər saatlarında naməlum şəxs Qüdsün Köhnə şəhərində atəş açıb, itkilər var, təcavüzkar "zərərsizləşdirilib". Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti