Türkiyə hökuməti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

   Türkiyə hökuməti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək
  22 Noyabr 2021    Oxunub:496
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, Beştəpə iqamətgahında baş tutacaq iclasda daxili və xarici gündəmə aid mövzular müzakirə olunacaq.

İclasda Suriya, Liviya və Şərqi Aralıq dənizindəki son vəziyyətə dair fikir mübadiləsi aparılacaq. Azərbaycan-Ermənistan sərhədində baş verənlərin də gündəmdə olacağı gözlənilir.

Terrorla mübarizə mövzusu, PKK/PYD, FETÖ və İŞİD terror qruplaşmaları ilə mübarizədə son vəziyyət dəyərləndiriləcək.

Türkiyə iqtisadiyyatının durumu, koronavirus pandemiyası ilə mübarizə tədbirləri, virusa yoluxma hallarının artmasının qarşısını almaq üçün atılacaq addımlar və peyvəndlənmə ilə bağlı vəziyyət də nəzərdən keçiriləcək.

İclasdan sonra Ərdoğan mətbuata qəbul edilən qərarlar barədə açıqlama verəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti