Ermənistanda koronavirusdan ölənlərin sayı 7308 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 7308 nəfərə çatıb
  22 Noyabr 2021    Oxunub:581
Ermənistanda son sutka ərzində daha 272 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 334 347 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 30 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7308-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1405 nəfərdir. Aktiv xəstələrin sayı 18 150 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   COVİD-19  





Xəbər lenti