İrəvanda aksiya iştirakçıları saxlanılıb

İrəvanda aksiya iştirakçıları saxlanılıb
  22 Noyabr 2021    Oxunub:772
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları keçirilir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiyanın təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.

Etirazçılar paytaxtda əsas küçə və yolları bağlayıb. Polis aksiyaya müdaxilə edib və 18 nəfəri saxlayıb.

Məlumata görə, aksiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə qarşı keçirilir.

Bu gün axşam Respublika meydanında etiraz aksiyasının davam etdirilməsinə qərar verilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti