Piyadanı vurub qaçan sürücü tapıldı

Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti orta-ağırdır. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
AzVision.az
Teqlər: DİN