ABŞ milad paradında qurbanlar verdi

   ABŞ milad paradında qurbanlar verdi
  22 Noyabr 2021    Oxunub:512
ABŞ-ın Viskonsin ştatının Uokeşo şəhərində sürücünün avtomobili milad paradının iştirakçılarının üstünə sürməsi nəticəsində ölənlər və yaralananlar var. Şəhərin polis idarəsinin rəisi Den Tompson amerika telekanalarının yayımladığı mətbut konfransında bu barədə məlumat verib.
AzVision.az xəbər verir ki, hadisənin şahidi idarə olunan avtomobilin milad paradının iştirakçıları olan 9-15 yaşlı qızlardan ibarət rəqqaslar komandasıının üstünə sürdüyünü deyib. Faciə ilə bağlı maraq doğuran bir şəxsin saxlanıldığını bildirən Uokeşo şəhərinin polis idarəsi, hadisə zamanı ölənlərin və xəsarət alanların sayını da açıqlayıb.
- Avtomobilin milad paradının işturakçılarının üstünə sürülməsi nəticəsində 5 adam həlak olub, 40 nəfər isə xəsarət alıb. Amma daxil olan əlavə məlumatlar bu rəqəmləri dəyişə bilər. Çünki insanların çoxu fərdi qaydada yerli xəstəxanalara müraciət ediblər. Hadisə ilə bağlı maraq doğuran bir şəxs polis idarəsində saxlanılır, - polis departamenti bəyan edib.
Amma saxlanılanın kimliyi, hadisənin törədilməsinin səbəbləri və motivləri barədə hələlik heç bir açıqlama verilməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   faciə  





Xəbər lenti