İslamabad Dehliyə sərt cavab verib

   İslamabad Dehliyə sərt cavab verib
  22 Noyabr 2021    Oxunub:1068
“Hindistan məsuliyyətsiz, təxribatçı və əsassız bəyanatlar verir”. “Al Jazeera” agentliyinin məlumatına görə, Pakistanın xarici işlər nazirliyi Hindistanın müdafiə nazirinin İslamabad tərəfindən təxribatlar olacağı təqdirdə Dfehlinin Pakistan ərazisində əməliyyatlar keçirəcəyi barədə bəyanatına belə kəskin cavab verib.
AzVision.az xəbər verir ki, keçən istirahət günlərində Hindistanın müdafiə naziri Racnatx Sinqx ölkəsinin qərb qonşusunun “çoxlu problemlər yaradacağı” təqdirdə Dehlinin Pakistan ərazisində əməliyyatlar keçirəcəyini vəd edib.

- İndi biz onlara anlatmışıq ki, əgər çoxlu problemlər yaratsalar, onda biz sərhədi keçərək cavab zərbələri endirə bilərik. Zərurət olarsa havadan da zərbələr vurarıq, - Racnatx Sinqx bildirib.
Pakistanın Xarici İşlər nazirliyinin cavabında isə Hindistan hökumətinin yalan və fantaziyalar içində batıb getdiyi vurğulanır.

“Nazirin əsassız və sərsəm bəyanatları Hindistanın bütün qonşulara düşmənçilik münasibəti sərgilədiyini əks etdirir”, - rəsmi İslamabadın cavabında deyilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pakistan   Hindistan  





Xəbər lenti