Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər

   Azərbaycan və İran prezidentləri Aşqabadda görüşə bilər
  22 Noyabr 2021    Oxunub:1737
Yaxın həftələrdə İran və Azərbaycan arasında müxtəlif səviyyəli rəsmilərin qarşılıqlı səfərləri nəzərdə tutulur.
AzVision.az “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu deyən XİN rəsmisi bildirib ki, səfər çərçivəsində ölkələr arasında bir çox layihə haqda müzakirələr aparılıb

Qeyd edək ki, Ş.Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu ölkənin xarici işlər naziri Hüseyn Əmirabullahianla görüşüb.

AzVision.az



Teqlər: İran   Azərbaycan  





Xəbər lenti