BMT ilə bağlanmış sazişin müddəti uzadılıb

   BMT ilə bağlanmış sazişin müddəti uzadılıb
  22 Noyabr 2021    Oxunub:531
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb.
AzVision.az -ın xəbərinə görə, 2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılıb.

AzVision.az


Teqlər: BMT  





Xəbər lenti