Azərbaycanın Vatikanda səfirliyi açılacaq

   Azərbaycanın Vatikanda səfirliyi açılacaq
  22 Noyabr 2021    Oxunub:1565
Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

AzVision.az


Teqlər: Vatikan   Azərbaycan  





Xəbər lenti