Kimin hərbi aviasiyası daha güclüdür?

Kimin hərbi aviasiyası daha güclüdür?
  22 Noyabr 2021    Oxunub:4462
Kanadanın “Aeroemploi” portalı dünyada ən güclü Hərbi hava qüvvələrinə (HHQ) malik olan ölkələrin siyahısını dərc edib. Reytinq cədvəlində müxtəlif modifikasiyalı 3 mindən çox təyyarənin olduğu ABŞ-ın HHQ-si birinci yeri tutur. Təchizat və texnoloji inkişaf baxımından ABŞ dünyada ən güclü hərbi aviasiyaya malikdir.
AzVision.az xəbər verir ki, siyahıda ikinci yeri 1900 təyyarəyə malik Rusiya hava-kosmik qüvvələri (HKQ) tutur. Məqalədə Rusiyanın son 30 ildə bu sahədə əhəmiyyətli sıçrayış etdiyi vurğulanır. HKQ-nin tərkibinə "Su-35" və "Su-34" kimi təyyarələr daxildir. Moskva hazırda “Uzaq aviasiyanın perspektivli kompleksi” çərçivəsində raketdaşıyıcı yeni nəsil strateji bombardmançı təyyarəsinin yaradılması layihəsi üzərində işləyir.

Birinci üçlüyü vaxtilə SSRİ-nin ciddi dəstəyilə yaradılmış Çin HHQ tamamlayır. Ötən əsrin 80-ci illərində yeni texnologiyalarla bağlı müxtəlif problemlərlə üzləşən Çin HHQ dərin islahatlardan sonra çox effektli olub.

Dünyanın güclü hərbi aviasiyaya malik ölkələri sırasında Türkiyə, Pakistan, Misir, Hindistan və Cənubi Koreya da yer alıblar. 400 təyyarəyə malik Almaniya HHQ reytinq cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   aviasiya  





Xəbər lenti