Paşinyan və Lukaşenko sərhədindəki vəziyyəti müzakirə ediblər

Paşinyan və Lukaşenko sərhədindəki vəziyyəti müzakirə ediblər
  22 Noyabr 2021    Oxunub:1047
Ermənistanın baş naziri Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti açıqlama yayıb.

Telefon danışığı zamanı tərəflər Ermənistan və Belarusdakı vəziyyət barədə bir-birlərini məlumatlandırıb, KTMT çərçivəsində problemli məsələləri müzakirə ediblər.

Paşinyan Belarus prezidentinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və onun mümkün inkişaf yolları barədə də məlumat verib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Belarus   Ermənistan  





Xəbər lenti