Putinin revaksinasiyadan sonra səhhəti barədə məlumat verilib

Putinin revaksinasiyadan sonra səhhəti barədə məlumat verilib
  22 Noyabr 2021    Oxunub:559
“Rusiya prezidenti Vladimir Putin koronavirusa qarşı revaksinasiya olunduqdan sonra özünü normal hiss edir”.
AzVision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Rusiya liderinin koronavirusa qarşı revaksinasiyadan sonra səhhəti ilə bağlı sualı cavablandırarkən deyib: “Normal... indicə görüşdük”.

Xatırladaq ki, Putin “Sputnik Light”la koronavirusa qarşı təkrar peyvənd olunub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Vladimir-Putin   peyvənd  





Xəbər lenti