Bakıda “Qazax. Qızıl adamın hekayəsi” nümayiş olunacaq - FOTO

Bakıda “Qazax. Qızıl adamın hekayəsi” nümayiş olunacaq -  FOTO
  22 Noyabr 2021    Oxunub:1101
Bu gün Bakıda “Nizami” Kino Mərkəzində “Qazax. Qızıl adamın hekayəsi” sənədli filminin təqdimatı olacaq.
AzVision.azxəbər verir ki, nümayişdən əvvəl filmin rejissoru İqor Lopatenok və prodüseri Vera Tomilova mətbuat konfransı keçiriblər. Film Qazaxəstanın ilk prezidenti Nursultan Nazarbayevlə müsahibə əsasında lentə alınıb

Qeyd olunub ki, bu, hələ də 20-ci əsrin sovet travmalardan əziyyət çəkən, sıfırdan millətinin qurulmasında maneələrin üzərindən keçən və sovet respublikaları arasında ən sonuncu müstəqilliyini elan edilməsi ilə bağlı respublikanın problemlərini, çətinliklərini araşdıran sənədli filmlər arasında unikallardan biridir.

Tammetrajlı sənədli film qazax xalqını skiflərin zamanlarından müasir çoxqütblü dünyasına qədər suverenliyə gətirib çıxaran böyük macəranın tarixçəsini danışmaq üçün Oliver Stounun müsahibə aldığı Nursultan Nazarbayev haqqında 8 epizodluq serialın bir hissəsidir.

Rejissor deyib ki, film Azərbaycandan əvvəl ilk dəfə iyulun 6-da, Nazarbayevin doğum günündə Qazaxıstanın “Xabar” telekanalında efirə gedib. Bundan sonra Rusiyada, Romada, ABŞ-da nümayiş olunub. Növbəti premyeralar Minskdə, Abu-Dabidə, İstanbulda, Çində olacaq. Ümumiyyətlə filmin bütün dünyada təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, məşhur amerikalı rejissor, üç Oskar mükafatı laureatı Oliver Stoun da sənədli filmin rejissorlarından biridir.

Pərvanə Sultanova
Anar Bayramlı Foto

AzVision.az



Teqlər: Qazaxıstan   Film  





Xəbər lenti