Rusiya limandakı partlayışın peyk görüntülərini Livana təqdim edib

Rusiya limandakı partlayışın peyk görüntülərini Livana təqdim edib
  22 Noyabr 2021    Oxunub:682
Rusiya Beyrut limanında baş verən partlayışla bağlı peyk görüntülərini Livana təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov livanlı həmkarı Abdulla Buhəbiblə keçirdiyi mətbuat konfransında deyib.

Oktyabrın sonunda Livan prezidenti Mişel Aun Moskvadan rəsmi olaraq 2020-ci il avqustun 4-də baş vermiş partlayış zamanı çəkilmiş Beyrut dəniz limanının peyk görüntülərini təqdim etməyi xahiş etmişdi.

"Livan hökumətinin istəyi ilə biz bu gün "Roskosmos" tərəfindən hazırlanmış kosmik şəkilləri və peyk görüntüləri təhvil verdik. Ümidvarıq ki, onlar bu hadisənin səbəblərinin araşdırılmasına kömək edəcəklər", - nazir deyib.

Lavrovun sözlərinə görə, danışıqlar zamanı tərəflər Beyrut limanında baş vermiş partlayışlar nəticəsində dağılmış infrastrukturun bərpasında Rusiyanın mümkün iştirak perspektivlərini nəzərdən keçiriblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Liviya  





Xəbər lenti