Fransa sirkdə vəhşi heyvanlardan istifadəni qadağan edib

   Fransa sirkdə vəhşi heyvanlardan istifadəni qadağan edib
  22 Noyabr 2021    Oxunub:1052
Fransa qanunvericiləri sirk tamaşalarında vəhşi heyvanlardan istifadənin qadağan edilməsinə səs verib.
AzVision.az xəbər verir ki, pələnglərin, şirlərin, ayıların və digər heyvanların sirkdə çıxışları iki il ərzində dayandırılacaq və yeddi ildən sonra onlara sahib olmaq qanunsuz olacaq.

Eyni zamanda delfinlərlə bağlı təşkil ediləcək şoular beş ildən sonra qadağan ediləcək. Yeni qanun heyvanlara qarşı amansızlıq edənlər 5 ilə qədər həbs ediləcək və 75 000 avro cərimə ediləcək. Bundan başqa ev heyvanlarının satışına qoyulan məhdudiyyətləri sərtləşdirəcək.


AzVision.az


Teqlər: Fransa   Sirk  





Xəbər lenti