Bolqarıstanda avtobusun qəzasında 46 nəfər ölüb

Bolqarıstanda avtobusun qəzasında 46 nəfər ölüb
  23 Noyabr 2021    Oxunub:814
Bolqarıstanda baş vermiş avtobus qəzasında 12-si uşaq olmaqla, 46 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin "BGNES" agentliy məlumat yayıb.

Qeyd olunub ki, Şimali Makedoniyadan gələn turistlərin olduğu avtobus qəzaya uğradıqdan sonra yanıb. Həlak olanların hamısı Şimali Makedoniya vətəndaşlarıdır.

Məlumata görə, insident yerli vaxtla təxminən saat 03:00 radələrində baş verib. Ümumilikdə avtobusda 52 nəfər olub. Qəza zamanı daha 7 nəfər xəsarət alıb, onların hamısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ölənlər arasında avtobusun sürücüsü də var.

Versiyalardan birinə görə, toqquşma nəticəsində avtobusun qapıları bloklanıb, insanlar çölə çıxa bilməyiblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Bolqarıstan   Qəza  



Xəbər lenti