Hindistan "Kalaşnikov" avtomatlarına görə 590 milyon dollar ödəyəcək

“Böyük hazırlıq işləri görülüb, bu müddət ərzində rusiyalı mütəxəssislər hindistanlı tərəfdaşlarla birlikdə effektiv istehsal modeli hazırlayıblar. Bu, istehsalın təşkili xərclərini on milyonlarla dollarla optimallaşdırmağa imkan verdi", - “Rostec”in silah klasterinin sənaye direktoru Bekxan Ozdoev deyib.
Bundan əvvəl müqavilənin məbləğinin 688 milyon dollar olacağı güman edilirdi. Müqaviləni ABŞ-ın sanksiyalarından qorumaq üçün bütün hesablamalar Hindistan rupisi ilə aparılacaq. Hindistan Silahlı Qüvvələri üçün avtomatların istehsalına yekun müqavilə bağlandıqdan sonra, 2022-ci ilin birinci rübündə başlanacaq.
“Indo-Russian Rifles Private Limited” Hindistan dövlət silah konserni “Ordnance Factory Board” və Rusiyanın “Kalaşnikov” konserni, həmçinin “Rosoboroneksport” arasında birgə müəssisədir.
Daha əvvəl məlum olmuşdu ki, “Kalaşnikov” Rusiya Müdafiə Nazirliyinə yüz minlərlə AK-12 avtomatını tədarük edəcək.
Pərvanə Sultanova
AzVision.az