Rusiya və Fələstin liderləri danışıqlar aparacaq

Rusiya və Fələstin liderləri danışıqlar aparacaq
  23 Noyabr 2021    Oxunub:572
Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Fələstin lideri Mahmud Abbasla danışıqlar aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlər Rusiyanın Fələstin-İsrail nizamlanması istiqamətində səylərini nəzərə alaraq, ikitərəfli əməkdaşlığın gələcək inkişafı məsələlərini və Yaxın Şərq regionundakı vəziyyəti nəzərdən keçirəcəklər.

Bundan əvvəl Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirmişdi ki, Rusiya prezidenti ilə məsləhətləşmələr zamanı Mahmud Abbas bir sıra beynəlxalq və regional problemlərə toxunmağı planlaşdırır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin və Abbas arasında danışıqlar günün ikinci yarısında başlayacaq. Liderlərin işçi səhər yeməyi formatında söhbəti davam etdirmələri planlaşdırılır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Fələstin  





Xəbər lenti