Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
Nazir azad edilmiş ərazilərin enerji tələbatının ödənilməsində bərpa olunan enerji mənbələrindən maksimum istifadə ilə dünyada unikal zonaya çevriləcəyini vurğulayıb.
Görüşdə, həmçinin Xəzər dənizində yüksək külək enerjisi potensialı, bu potensial hesabına yaşıl hidrogen istehsalı və ixracı perspektivləri haqqında məlumat verilib, müvafiq istiqamətdə əməkdaşlıq imkanlarının olduğu qeyd edilib. Energetika sahəsində qanunvericilik bazasının gücləndirilməsi istiqamətində görülən işlər də qarşı tərəfin diqqətinə çatdırılıb. Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park isə Koreyanın yeni şimal siyasəti barədə məlumat verərək, siyasətin əhatə etdiyi 14 ölkə sırasında Azərbaycanın coğrafi olaraq ən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkəni sıx münasibətlərin birləşdirdiyini qeyd edib. O, Koreyanın enerji siyasəti, bərpa olunan enerji mənbələrindən istifadə və ətraf mühitin qorunması istiqamətində görülmüş işlər haqqında danışıb. Ölkəsində “yaşıl enerji”, o cümlədən hidrogen enerjisi sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərin olduğunu bildirən sədr, bu istiqamətdə Azərbaycanın hədəflərinin Koreya şirkətləri ilə əməkdaşlıq üçün potensialı yaratdığını bildirib.
Görüş zamanı "yaşıl enerji" sahəsində fəaliyyət göstərən Koreya şirkətləri üçün Azərbaycanda müvafiq investisiya imkanları haqqında məlumatlandırma tədbirinin əhəmiyyəti qeyd edilib. Energetika sahəsi üzrə müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Energetika