Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib

   Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib
  23 Noyabr 2021    Oxunub:781
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) avtobus qəzasındakı insan tələfatına görə Şimali Makedoniyaya başsağlığı verib.
AzVision.az - ın məlumatına görə, bu barədə XİN-in tvitter səhifəsində paylaşım edilib.

“Bolqarıstanın qərbində avtobus qəzası nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlərdən ibarət onlarla insanın həlak olması xəbər bizi dərindən kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, Bolqarıstanda avtobusun yanması ilə nəticələnən yol qəzasında 12-si uşaq olmaqla azı 46 nəfər Şimali Makedoniya vətəndaşı həlak olub. 7 nəfər isə Sofiyada xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: XİN   Makedoniya  





Xəbər lenti