Ermənistanda koronavirusdan daha 48 nəfər öldü

Ermənistanda koronavirusdan daha 48 nəfər öldü
  23 Noyabr 2021    Oxunub:580
Ermənistanda son sutka ərzində daha 531 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 334 878 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 48 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7356-ya yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1405 nəfərdir. Aktiv xəstələrin sayı 17 195 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   COVİD-19  





Xəbər lenti