Pakistan və Azərbaycan preferensial ticarət sazişi üzərində işləyir - Səfir

   Pakistan və Azərbaycan preferensial ticarət sazişi üzərində işləyir -   Səfir
  23 Noyabr 2021    Oxunub:546
Pakistan və Azərbaycan gömrük tariflərini azaltmağa və ikitərəfli ticarət dövriyyəsini artırmağa imkan verəcək preferensial ticarət barədə saziş üzərində işləyir.
AzVision.az xəbər verir ki, bunu Pakistan mətbuatına açıqlamasında Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadov deyib.

Onun sözlərinə görə, Pakistan şirkətlərinin, xüsusilə də əczaçılıq müəssisələrinin Azərbaycanda istehsal müəssisələri açması üçün yaxşı potensialı var.

"Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında azad iqtisadi zona (AİZ) yaradır. Pakistanlı investorlar AİZ-ə investisiya yatırmaq və birgə müəssisələrin yaradılması imkanlarını araşdıra bilər", - səfir bildirib.

AzVision.az



Teqlər: Azərbaycan   Pakistan  





Xəbər lenti