“Delta” ştammı yoxa çıxıb

      “Delta” ştammı yoxa çıxıb
  23 Noyabr 2021    Oxunub:2943
Yaponiyada “COVID-19”-a yoluxmaların sayı kəskin şəkildə azalıb. Əgər 3 ay ərzində “Gündoğar ölkə” gündəlik 26.000-ə çatan yoluxma ilə dünyada antirekord vururdusa, hazırda bu rəqəm gündə 200 ətrafındadır.
AzVision.az xəbər verir ki, yerli mütəxəssislərin sözlərinə görə, bu, virusun “Delta” ştammının Yaponiyada özü-özünü çıxdaş etməsilə bağlıdır. Bundan sonra ölkədə yoluxma da azalıb.

Milli Genetika İnstitutunun professoru İturo İnoue “Japan Times”a deyib ki , “Delta” ştammının yoxa çıxmasının səbəbi onun daimi mutasiyalarıdır. Mutasiyalar elə bir şəkil alıb ki, artıq virus replikasiya qabiliyyətini itirib və özünü kopyalaya bilməyib. Bu versiyanı Britaniyanın “The Mirror” qəzeti də dərc edib.

Bundan başqa, Yaponiyada kütləvi vaksinasiya da yoluxmanın azalmasına təsir göstərib.

Tariyel
AzVision.az



Teqlər: Delta   Koronavirus  





Xəbər lenti