ABŞ-ın iki patrul kateri Ukraynaya çatıb

ABŞ-ın iki patrul kateri Ukraynaya çatıb
  23 Noyabr 2021    Oxunub:579
ABŞ-dan Ukraynaya “Island” tipli iki patrul kateri çatdırılıb. Katerlər Qara və Azov dənizlərinin sularında dəniz təhlükəsizliyini təmin edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti "Facebook"da məlumat yayıb.

“Bu gün, noyabrın 23-də ABŞ-ın Merilend ştatının Baltimor şəhərindən “Ocean Grand” gəmisinin göyərtəsində “Fastov” və “Sumi” adlı iki “Island” tipli kater Ukraynaya çatdırılıb. Yük gəmisinin göyərtəsində olan Ukrayna Hərbi Dəniz Qüvvələrinin patrul katerləri minlərlə mil məsafə qət edərək ölkəmizin ərazi sularına daxil olublar”, - açıqlamada deyilir.

Ukrayna Hərbi Dəniz Qüvvələri ABŞ-ın Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün qarşısının alınmasına töhfəsini qiymətləndirdiklərini bəyan edib.

Daha əvvəl "CNN" Co Baydenin administrasiyası Rusiyanın sərhəd yaxınlığında güc artırması səbəbindən Ukraynaya hərbi məsləhətçilər və yeni texnika, o cümlədən silah göndərməyi nəzərdən keçirdiyi barədə məlumat yaymışdı.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti