"Türkiyə ilə münasibətləri tənzimləməyə hazırıq" - Ermənistan XİN

   "Türkiyə ilə münasibətləri tənzimləməyə hazırıq" -    Ermənistan XİN
  23 Noyabr 2021    Oxunub:998
"Ermənistan hakimiyyəti Ankara ilə münasibətləri tənzimləməyə hazır olduğu barədə Moskvanı məlumatlandırıb”.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

"Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən müttəfiqimiz Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini dəstəkləməyə hazır olduqlarını açıqladı. Rusiyalı tərəfdaşlarımızla müzakirələr zamanı biz ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğumuzu bəyan etdik. Əgər prosesdə irəliləyiş olsa, təbii ki, ictimaiyyəti məlumatlandıracağıq”, - o bildirib.

Unanyan əlavə edib ki, Ermənistan Türkiyə ilə münasibətləri ilkin şərt olmadan nizamlamağa həmişə hazır olub: "Bununla belə, bildirmək istəyirəm ki, hələlik Türkiyə ilə heç bir danışıqlar aparılmır”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Türkiyə  





Xəbər lenti