"Türkiyədə növbədənkənar seçkilər keçirilməyəcək" - Ərdoğan
O bildirib ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək.
"AK Partiya millətimizin qurduğu bir partiyadır. 2023-cü ilə qədər davam edən prosesdə 84 milyon vətəndaşımızın hər birinin qapısına gedib onların könlünü alacağıq. Biz çox çalışacağıq", - Ərdoğan deyib.
Qeyd edək ki, Türkiyədə müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
AzVision.az
Teqlər: Türkiyə