Rusiyada 1,5 milyon uşaq koronavirusa yoluxub

   Rusiyada 1,5 milyon uşaq koronavirusa yoluxub
  23 Noyabr 2021    Oxunub:835
“Rusiyada COVID-19 pandemiyası dövründə 1,5 milyon uşaq tibbi yardım alıb. Hazırda koronavirus infeksiyasına yoluxmuş 31 mindən çox azyaşlı nəzarət altındadır”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib. O bildirib ki, koronavirusa yoluxan uşaqlar daha çox diqqət çəkən sahələrdəndir.

Qeyd edək ki, Rusiyada bu günə qədər 9 400 835 yoluxma halı qeydə alınıb, 8 089 694 nəfər sağalıb, 266 579 nəfər ölüb.

AzVision.az



Teqlər: Koronavirus   Uşaq  





Xəbər lenti