"İrəvan və Bakı müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə qurur" - Paşinyan

   "İrəvan və Bakı müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə qurur" -    Paşinyan
  23 Noyabr 2021    Oxunub:752
Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıb.

AzVision.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Avropa İttifaqının nümayəndələri ilə görüşdə daha bir təşəbbüs ortaya atıldı. Söhbət 2 ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almaqdır” deyə Paşinyan əlavə edib.

Baş nazir bu təşəbbüsü bəyəndiyini və həmçinin bu cür ünsiyyətin regionda sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

“Deyə bilərəm ki, artıq əlaqə yaranıb. Mən bunu yüksək qiymətləndirirəm. Bu çox vacibdir” deyə Ermənistanın Baş naziri vurğulayıb.

AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan  





Xəbər lenti