Paşinyan sərhədlərin demarkasiyası təşəbbüsündə Rusiyanın rolundan danışıb

Paşinyan sərhədlərin demarkasiyası təşəbbüsündə Rusiyanın rolundan danışıb
  23 Noyabr 2021    Oxunub:1143
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası prosesinin təşəbbüskarı kimi Rusiyanın rolunu yüksək qiymətləndirib.
AzVision.az “Ria Novostiyə” istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasına hazırlıq mərhələsi ilə bağlı təkliflə çıxış edib.

Paşinyan Ermənistanın müdafiə nazirinə rusiyalı həmkarı ilə bu istiqamətdə işlərin aparılması üçün detalları müzakirə etməyi tapşırdığını da əlavə edib.

"Mən bu məsələdə Rusiya Federasiyası prezidentinin, Rusiya Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin şəxsi səylərini yüksək qiymətləndirirəm”.

AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan   Rusiya  





Xəbər lenti