Ermənistanda yenidən aksiyalar başlayıb

Ermənistanda yenidən aksiyalar başlayıb
  24 Noyabr 2021    Oxunub:618
Ermənistanda “5165” hərəkatının tərəfdarları yenidən etiraz aksiyasına başlayıblar. Onlar İrəvanda bir neçə metro stansiyasına girişi əngəlləyiblər.
AzVision.az xəbər verir ki, parlamentdənkənar qüvvələrin təmsil olunduğu hərəkat hər kəsi saat 18:30-da Respublika meydanına toplaşmağa çağırıb.

Aksiyaya etiraz edənlər də olub. Sərnişinlər bildiriblər ki, bütün bunlar onlar üçün xoşagəlməz vəziyyət yaradır.

Polis artıq aksiya iştirakçılarını saxlamağa başlayıb.

“5165” hərəkatı noyabrın 22-dən İrəvanda etiraz aksiyaları keçirir. Onlar Ermənistanın baş naziri Nikol Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı sənədin məzmununu ictimaiyyətə açıqlamasını tələb edirlər.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti