"Nizami Gəncəvinin əsərləri bütün dünyaya aiddir" - Əli Əhmədov

 "Nizami Gəncəvinin əsərləri bütün dünyaya aiddir" -    Əli Əhmədov
  24 Noyabr 2021    Oxunub:1127
Nizami Gəncəvi Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük şairlərdən, mütəfəkkirlərdən biridir. Onun yaradıcılığı bilavasitə Azərbaycanla bağlı olub. O bütün həyatını Gəncədə keçirib.
AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışında deyib. Onun sözlərinə görə, Nizamk Gəncəvi ümumbəşəri dəyərlərə xidmət etdiyindən onun əsərləri yalnız Azərbaycana deyil, bütün dünyaya aiddir:

"Nizami Gəncəvi sadəcə olaraq dahi şair, söz ustası deyil, dərin təfəkkürə sahib filosof idi. O nəinki mənədiyyətlər, eyni zamanda xalqlar və əsrlər arasında körpü olub. Onun əsərlərini də ayrı-ayrı xalqların nümayəndələri tərənnüm edilib. Bu eyni zamanda xalqlar arasında dostluq ideyasının tərənnümü idi. O, xalqlar arasında xoşməramlı səfir idi.

Nizami Gəncəvi 800 ildən çoxdur ki, sevilir, oxulur. Nizami Gəncəvi xalqımızın fəxri iftixarıdır, hər bir azərbaycanlının ürəyində onun sevgisi var. Təsadüfi deyil ki, Nizami adı Azərbaycanda ən geniş yayılmış adlardandır".

Aytən Zəhra
AzVision.az



Teqlər: Nizami-Gəncəvi  



Xəbər lenti