"Taliban" ABŞ-la danışıqlara başlayır

"Taliban" ABŞ-la danışıqlara başlayır
  24 Noyabr 2021    Oxunub:576
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı gələn həftə Qətərdə ABŞ-la danışıqların yeni raundunun başlanacağını təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

ABŞ Dövlət Departamenti bir müddət əvvəl “Taliban” hərəkatı ilə məsləhətləşmələrin başlayacağını elan etmişdi. Dövlət Departamentinin sözçüsü Ned Praysın sözlərinə görə, Əfqanıstan üzrə xüsusi nümayəndə Tom Uest "Taliban" liderləri ilə iki həftəlik görüş üçün Dohaya qayıdacaq. Tərəflər Əfqanıstanla bağlı mühüm məsələləri, o cümlədən terrorizmlə mübarizəni müzakirə edəcəklər.

Əfqanıstan XİN-in məlumatında vurğulanıb ki, danışıqlarda ölkədəki siyasi münasibətlər və iqtisadi problemlər, həmçinin Doha razılaşması müzakirə olunacaq.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti