Bakıda binanın giriş qapısında 14 günlük körpə tapılıb - FOTO

   Bakıda binanın giriş qapısında 14 günlük körpə tapılıb -    FOTO
  24 Noyabr 2021    Oxunub:2072
Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, gətirilərkən vəziyyəti orta-ağır olan körpə, həkimlərimizin səyi nəticəsində sağalmaq üzrədir.
Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib. Körpənin vəziyyəti tam yaxşılaşdıqdan yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.

AzVision.az


Teqlər: Körpə  





Xəbər lenti