Allahverdi Bağırovun qəbirüstü abidəsi hazırlanıb

   Allahverdi Bağırovun qəbirüstü abidəsi hazırlanıb
  24 Noyabr 2021    Oxunub:2581
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırovun qəbirüstü abidəsi hazırdır. Bununla bağlı məlumatı AzVision.az -a şəhidin xanımı Validə Bağırova verib. Onun sözlərinə görə, həyat yoldaşının qəbirüstü abidəsi millət vəkili Ağalar Vəliyevin təşkilatçılığı ilə hazırlanıb.
"Ağalar müəllim bizi çağırdı və dedi ki, Allahverdinin məzarının üstünü bu cür formada etmək istəyirlər. Biz də baxıb çox bəyəndik və razılaşdıq. Möhtəşəm bir büstdür. Heykəltaraş Natiq Əliyevin əl işidir. Ağdam rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan bizə bildirildi ki, Ağdamda quruculuq işləri tamamlandıqdan sonra yoldaşımın məzarı bərpa ediləcək və bu büst orada yerləşdiriləcək. Biz də istəyərdik ki, büstü qoyulsun. Ağdama gedən hər kəs Allahverdinin məzarını ziyarət edir. Hər halda tez bir zamanda qoyulsaydı, yaxşı olardı",- deyə V. Bağırova bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şəhid   AllahverdiBağırov  





Xəbər lenti