Rektor və direktor işləyən qadınların sayı açıqlandı

   Rektor və direktor işləyən qadınların sayı açıqlandı
  24 Noyabr 2021    Oxunub:460
Azərbaycanda qadınların dövlət qurumlarında təmsilçiliyi ilə bağlı statistika açıqlanıb.
AzVision.az -ın xəbərinə görə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini Elgün Səfərov deyib ki, ölkədə 93 qadın hakim vəzifəsində çalışır. BMT rəsmisi bildirib ki, yerli icra hakimiyyəti başçılarının müavinlərindən 72-si qadındır:

"Eyni zamanda 8 nazir müavini qadın, yerli icra başçılarından isə ikisi - Abşeron və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun icra başçıları qadındır. 2020-2021-ci tədris ilinin əvvəlinə olan statistikaya əsasən, Azərbaycanda 8 qadın ali təhsil müəssisəsinin rektoru, 15 qadın kollec direktoru, 9 nəfər peşə təhsili müəssisələrinin direktoru, 1345 qadın isə məktəb direktoru vəzifəsində çalışır".

AzVision.az



Teqlər: Qadın  





Xəbər lenti