Ermənistanda əsgər ölümünə görə iki hərbçi həbs edilib

   Ermənistanda əsgər ölümünə görə iki hərbçi həbs edilib
  24 Noyabr 2021    Oxunub:716
Ermənistan ordusunun müqavilə əsasında xidmət edən hərbi qulluqçusu 1992-ci il təvəllüdlü Gevork Avetyanın ölümü ilə bağlı cinayət işi çərçivəsində onun iki xidmət yoldaşı həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorunun müşaviri Qor Abramyan deyib.

Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi noyabrın 15-də Çəmbərəkənddə (Qeqarkunik rayonu) insident baş verdiyini təsdiqləyib. İlkin məlumata görə, hərbçi silahla davranış qaydalarını pozduğu üçün yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyiblər.

Abramyan qeyd edib ki, noyabrın 16-da onun xidmət yoldaşları A.S. və A.A. saxlanılıb. Birincisi Avetyana qarşı qəddar rəftarda, onun ləyaqətini alçaltmaqda, hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozmaqda, fiziki xəsarət yetirməkdə, zor tətbiqi ilə intihara sövq etməkdə ittiham olunur. İkinci hərbçi də nizamnamə qaydalarını pozmaq, müqavilə əsasında xidmət edən hərbi qulluqçunu döyüş postunda döyərək ona fiziki xəsarətlər yetirmək maddəsi ilə ittiham olunub.

Həmin gün hər iki hərbçi həbs edilib.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: Ermənistan  





Xəbər lenti