Beyrut limanının yenidən qurulmasına 2022-ci ildə başlanılacaq

Beyrut limanının yenidən qurulmasına 2022-ci ildə başlanılacaq
  24 Noyabr 2021    Oxunub:813
"2020-ci ildə güclü partlayış nəticəsində dağılmış Beyrut limanının yenidən qurulmasına 2022-ci ildə başlanacaq".
AzVision.az xəbər verir ki, bu barədə Livanın xarici işlər naziri Abdulla Buhəbib deyib.

"Bu il yox, amma hesab edirəm ki, gələn il mütləq bu işlərə başlanacaq”, - nazir bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Beyrut limanında baş vermiş partlayışla bağlı peyk görüntülərini Livana verildiyi söyləyib. O, həmçinin bildirib ki, livanlı həmkarı ilə danışıqlar zamanı partlayış nəticəsində dağılmış infrastrukturun bərpasında Rusiyanın iqtisadi operatorlarının mümkün iştirak perspektivləri müzakirə olunub.

Xatırladaq ki, 2020-ci il avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Livan paytaxtının bir çox məhəllələrində yüzlərlə ev, yaşayış binaları tamamilə dağılıb. Səlahiyyətlilərin sözlərinə görə, buna səbəb 2014-cü ildə gömrük tərəfindən müsadirə edilən və anbarda saxlanılan 2750 ton ammonium nitratın partlaması olub. Hadisə nəticəsində azı 280 nəfər ölüb, 6 mindən çox insan yaralanıb. Livanın paytaxtı təbii fəlakət zonası elan edilib.

Partlayışdan sonra Beyrutda mitinqlər keçirilib, nəticədə bütün hökumət istefa verib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Livan   partlayış  





Xəbər lenti